“Ermənistan müharibə astanasındadır”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazıb. Ermənistanın 4 Su-30 qırıcısını xüsusi təlim keçmiş pilotlarla birlikdə Ukraynada döyüşmək üçün Rusiyaya verməsi onun müharibəyə qoşulması kimi qiymətləndirilib.
Türkiyənin “Haber Global” telekanalı kəşfiyyat məlumatlarına istinadən Ermənistanın martın 25-də pilotlarla birlikdə 4 Su-30 qırıcısını Rusiyaya təhvil verdiyi barədə məlumat yayıb.
“Bu, Ermənistanın Ukraynada keçirilən xüsusi əməliyyatın iştirakçısına çevrilməsi demək ola bilər. O da ola bilər ki, Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyalar tətbiq olunsun, yaxud ona xəbərdarlıq edilsin. İndi Ermənistan çox pis vəziyyətə düşdü”, – deyə Teleqram kanallar yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
