Ruslar daha “Lada Niva” istehsal etməyəcəkbackend

Ruslar daha “Lada Niva” istehsal etməyəcək

Rusiyanın “AvtoVAZ” avtomobil istehsalçıları “Lada Niva” avtomobillərinin istehsalını dayandırıb.

KONKRET.az xəbər verir ki, SİA bu barədə “İzvestiya” nəşrinə istinadən xəbər verir.

Nəşr avtomobil istehsalçılarının dediyinə istinad edərək “AvtoVAZ” anbarlarında hələ də 193 “Lada Niva” avtomobilinin qaldığını bildirib. Qeyd edilir ki, avtomobilin qiyməti 738 min rubldan başlayır. Avtomobilin “Off-Road” versiyası isə 842 min rubldur.

Maraqlıdır ki, “Lada Niva” istehsalının dayandırılmasında “AvtoVAZ”-ın keçmiş dizayneri Valeri Semuşkin “xidməti” olduğu bildirilir. Deyilənə görə, avtomobilin görünüşündən narazı qaldığını bildirən Semuşkinlə həmkarları da razılaşıb.

Maraqlıdır ki, indi ruslar üçün yerli avtomobil almağın yolları daha da sadələşdirilib. İndi daha avtomobil sahibi olmaq üçün sığorta şirkətinə getmək, uzun müddət növbədə durmaq və menecerlərlə ünsiyyət qurmaq qətiyyən lazım deyil. Belə ki, indi bütün bunları reallaşdıracaq elektron satış nöqtələri yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*