Ruslar təşvişdə: Avropa İttifaqı bu tarixdə Rusiya ilə asan viza rejimini ləğv edəcəkbackend

Ruslar təşvişdə: Avropa İttifaqı bu tarixdə Rusiya ilə asan viza rejimini ləğv edəcək

Avropa İttifaqı Rusiya ilə asanlaşdırılmış viza rejimini dayandıra bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 12-dən Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandıra bilər. Bu barədə Avropa Komissiyası bildirib.

Həmçinin, Aİ ölkələrinin konsulluqlarına Şengen vizalarına müraciət edənlərin beynəlxalq münasibətlərə təhlükə yaradıb-yaratmadıqlarını araşdırmaq tövsiyə olunur.

Brüssel həmçinin qeyd edib ki, hazırda rusların əlində 1 milyona qədər Şengen vizası var və onlara yenidən baxıla bilər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*