Rusların zəhərlənməsindən sonra Qazaxıstanda “Mister Sidr” spirtli içkisi satışdan çıxarılıb.
KONKRET.az xəbər verir ki, “Andi MMC-nin (Rusiya Federasiyası, Samara şəhəri, Vintay kəndi, Qarajnaya küç.) istehsalı olan “Mistet Sidr” adlı az alkoqollu içkidən istifadə ilə bağlı kütləvi informasiya vasitələrində zəhərlənmə və ölüm halları ilə bağlı yayılan məlumatlarla əlaqədar Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarət Komitəsi bu alkoqollu məhsulların satışını müvəqqəti olaraq dayandırıb.
Sanitar həkimlər əhalini bu içkidən imtina etməyə və belə məhsulların satışı ilə bağlı bütün hallar barədə Komitəyə və ya onun ərazi bölmələrinə məlumat verməyə çağırır.
Natiq Səlim,
KONKRET.az
