Amerikalı hərbi analitik Scott Ritter həqiqəti söyləməkdən qorxmur. O, qeyd edib ki, rus əsgərləri indi möcüzələr yaradır və onlara heç nə mane ola bilməz.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı hərbi analitik Skott Ritter Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın gedişatını şərh edib. Ritter Ukrayna ordusunun toqquşmaya yaxşı hazırlaşdığını deyib.
Ekspert hesab edir ki, ukraynalılar ABŞ-dan başqa istənilən NATO ordusunu məğlub etməyə hazırdılar. Amma bu qarşıdurmada Rusiya qalib gəlir:
“Rusların hazırki batalyon komandirləri dünyanın indiyədək gördüyü ən yaxşılarıdır. Onlar möcüzələr yaradır! Ruslar qalib gəlir və onlara heç nə mane ola bilməz. Heç nə!” – Ritter vurğulayıb.
“Qərb dövlətləri münaqişəni uzatmaq və rus ordusunun irəliləməsinə mane olmaq üçün Kiyevi silahla təmin edir. Bununla belə, ukraynalılar daha böyük bədəl ödəməli olacaqlar. Əgər siz ukraynalıları əhəmiyyətli hesab edirsinizsə, onda müharibənin məhz bu gün bitməsini istəməlisiniz. Çünki bu gündən başlayaraq müharibə bitənə qədər on minlərlə ukraynalı öləcək” – ekspert Qərb siyasətçilərinə xəbərdarlıq edib.
Hərbi analitik Amerikanın əslində nədən qorxmalı olduğunu açıqlayıb: “ABŞ hakimiyyəti birbaşa deyir ki, Rusiyanı qan çanağına çevirmək istəyir. Ancaq ən pis ssenari Amerikanın özünü də sevindirməyəcək. Ən pisi isə odur ki, Rusiya hadisələrin həddən artıq irəlilədiyinə qərar versə, onda Donbassda rusları öldürənləri cəzalandırmaq üçün xüsusi əməliyyat keçirəcək” – analitik bildirib.
“İraqı işğal edərkən Amerika əsgərlərini öldürdüyünə görə məhv etdiyimiz iranlı general Qasım Süleymanini xatırlayırsınız? İndi biz Süleymaniyik” – Ritter əlavə edib.
“Hazırda ABŞ Rusiyaya qəzəb toxumu səpir. Əgər rusların səbri tükənsə, o zaman raketlər NATO-ya doğru hədəflənəcək. Bu, ABŞ-ın uduzacağı müharibə olacaq” – deyə ekspert fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Avara avara danisir da!Azerbaycanda iranqulular olduqu kimi,Amerijada da rus agentleri kifayet qederdi.Bu axmaq zevzek de onlardan biridir