Rusların öldürdüyü modellə bağlı YENİ FAKTLARbackend

Rusların öldürdüyü modellə bağlı YENİ FAKTLAR

Ukrayna ordusuna qatılan braziliyalı snayper və keçmiş model Talita do Valle Xarkovda artilleriya hücumu zamanı həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti onun qardaşı Teo Rodriqo Vieyraya istinadən yazıb.

Onun sözlərinə görə, xanım do Valle iyunun 30-da ölüb, mərmi onun atışma zamanı olduğu bunkerə düşüb. Snayperlə birlikdə Ukrayna silahlı qüvvələrinə qoşulan digər Braziliya vətəndaşı, onu xilas etməyə çalışan Duqlas Buriqu da dünyasını dəyişib.

Xanım do Valle gəncliyində model və aktrisa olub, daha sonra hüquq təhsili alıb və xeyriyyə təşkilatlarında çalışıb. Bir neçə il əvvəl İŞİD-ə qarşı mübarizədə kürd silahlılarına qoşulub.

Valle ölümündən üç həftə əvvəl Ukraynaya gəlib. Qardaşının sözlərinə görə, orada təkcə snayper deyil, həm də xilasedici funksiyalarını yerinə yetirib. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*