Ryabkov: “Rusiya heç kimi nüvə silahı ilə hədələmir”backend

Ryabkov: "Rusiya heç kimi nüvə silahı ilə hədələmir"

“Rusiya heç kimi nüvə silahından istifadə ilə hədələmir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey RyabkovRİA Novosti“yə müsahibəsində deyib.

O xatırladıb ki, bu cür silahların tətbiqi şərtləri dövlət siyasətinin əsaslarında göstərilib.

“Ukraynada baş verən hadisələr fonunda ABŞ və onun müttəfiqləri göstərməyə çalışırlar ki, ölkəmiz kütləvi qırğın silahları ilə zərbə endirməyə hazırlaşır. Bir daha bildiririk ki, Rusiya heç kəsi nüvə silahından istifadə ilə hədələmir”, – deyə Ryabkov bildirib.

Nazir müavininin sözlərinə görə, Rusiya öz istiqamətində ballistik raketlərin buraxılması barədə məlumat aldıqda və dövlətin mövcudluğuna təhlükə yarandıqda nüvə silahından istifadə edə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden bildirib ki, dünya Karib böhranından sonra ilk dəfə birbaşa nüvə müharibəsi təhlükəsi ilə üz-üzədir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*