Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu – VİDEObackend

Saakaşvili məhkəmədə Ukrayna himnini oxudu - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir. Proses 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki,Saakaşvili məhkəmə zalında Ukraynanın dövlət himnini ifa edib.

O, çıxışına başladıqda bütün ittihamları əsassız adlandırıb, prokurorları və məhkəməni korrupsiyada ittiham edib. Bu, zalda ajiotaja səbəb olub və sözlü mübahisə yaranıb. Bunun ardınca vəkillər Saakaşviliyə Ukrayna bayrağını veriblər və telefonda Ukrayna himnini səsləndiriblər. Saakaşvili isə himni oxumağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*