Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze Saakaşvilinin Ukrayna BAŞ Nazirinin müavini təyin ediləcəyi xəbərinə münasibət bildirib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Burcanadze bunun Ukraynanın Gürcüstan və Rusiya ilə münasibətlərinin pozulmasına aparıb çıxacağını bildirib.
Burcanadze Saakaşvilini populist adlandırıb və onun uğursuzluğa düçar olacağını bildirib:
“Saakaşvilini siyasi baxımdan məhv etmək lazım idi. Müharibə və digər ağır cinayətlər onun boynundadır. Bidzina İvanişviliyə sual etmək lazımdır ki, niyə Saakaşvili siyasi baxımdan məhv edilməyib və niyə Saakaşvili öz sevimli populizmi ilə məşğul olur. Ukraynada Saakaşvili mütləq uğursuzluğa düçar olacaq, amma bu vaxta qədər o öz populizmi ilə müəyyən populyarlıq qazanacaq. Uğursuzluğa düçar olduqdan sonra bu işdə digərlərini ittiham edəcək”.
