Saatlıda trenajor zalının sahibi və müştərilər cərimələndibackend

Saatlıda trenajor zalının sahibi və müştərilər cərimələndi

Saatlıda karantin qaydalarını pozan şəxslər aşkar edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən məkana baxış zamanı idman zalının sahibi Şahsəddin Məmmədli və müştəri kimi digər 3 rayon sakini – Nurlan Mahmudov, Elnur Əzizov və Rəmzi Rüstəmovun karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Saatlı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*