“Sabah” – Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldıbackend

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb.

KONKRET.az xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır.

Bakı təmsilçisi oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniyanın “Borussiya ” (Dortmund) klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.

Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*