Sabah hava necə olacaq? – Proqnozbackend

Sabah hava necə olacaq? - Proqnoz

Noyabrın  30-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə,  noyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  75-85 faiz olacaq.

Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-7,  gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-3 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 30-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*