Sabiq baş nazirə qarşı YENİ İTTİHAM: Çirkli pulların yuyulmasında günahlandırılırbackend

Sabiq baş nazirə qarşı YENİ İTTİHAM: Çirkli pulların yuyulmasında günahlandırılır

Gürcüstan Baş Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşviliyə qarşı qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı irəli sürüb.

KONKRET.az xəbər verir ki, bundan əvvəl istintaq çərçivəsində Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Liluaşvilinin və sabiq baş prokuror Partxaladzenin evlərində axtarışlar aparılıb.

Axtarışlar zamanı qiymətli əşyalar, bahalı rəsm əsərləri, nağd pul və müxtəlif sənədlər müsadirə edilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*