Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.
KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq xanım başçının quruma rəhbəlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qansuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar.
Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır.
Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad olunub.
