Sabir Rüstəmxanlının qardaşı azadlığa çıxdıbackend

Sabir Rüstəmxanlının qardaşı azadlığa çıxdı

“Leqat” Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi xalq şaii S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.

Bununla bağlı açıqlama verən S.Rüstəmxanlı bildirib ki, hələ Əlövsətin özü ilə danışa bilməyib:

“Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib”.

S.Rüstəmxanlı onu da qeyd edib ki, hələ Ə.Əliyev saxlanılarkən bunun anlaşılmazlıq olduğunu bildirmiş və alman polisinin ədalətli araşdırma aparacağına, nəticədə onun azad olunacağına əminliyini bildirmişdi.

Qeyd edək ki, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*