Sabirabadda ağır yol qəzası – Ölən və yaralananlar varbackend

Sabirabadda ağır yol qəzası - Ölən və yaralananlar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.

“Tofaş” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb. Eyni zamanda 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır. /apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*