Sabirabad rayonunun Muğan prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın məlumatına görə, Qalağayın kənd sakini, 1949-cu il təvəllüdlü Əliyeva Züleyxa Qurban qızı yolu keçərkən avtomobil onu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
