Sabirabadda motosiklet avtomobillə toqquşdu – Xəsarət alanlar varbackend

Sabirabadda motosiklet avtomobillə toqquşdu - Xəsarət alanlar var

Sabirabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil motosikletlə toqquşub.

Qəza nəticəsində Sabirabad şəhər sakini, 1982-ci il təvəllüdlü Mustafayev Ramil Sərrafoğlu və daha bir nəfər xəsarət alıb. R.Mustafayev Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digərinin xəsarəti yüngül olduğundan ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*