Şabranda baş verən yanğın qaz təsərrüfatına zərər vurub – FOTObackend

Şabranda baş verən yanğın qaz təsərrüfatına zərər vurub - FOTO

“Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib”.

KONKRET.az xəbər verir ki, bu barədə  “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Qaz təsərüfatına dəymiş ziyanla bağlı 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib.

Şabranda baş verən yanğın qaz təsərrüfatına zərər VURUB - FOTO

Şabranda baş verən yanğın qaz təsərrüfatına zərər VURUB - FOTO

Şabranda baş verən yanğın qaz təsərrüfatına zərər VURUB - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*