Şabranda çay daşdı: 30 evin sakinləri təxliyə edildibackend

Şabranda çay daşdı: 30 evin sakinləri təxliyə edildi

Şabranda çay daşıb.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub. Fövqaladə vəziyyət Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib.

İntensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*