Şabranda yol kənarında silah-sursat AŞKARLANDIbackend

Şabranda yol kənarında silah-sursat AŞKARLANDI

Şabranda yol kənarında silah-sursat aşkarlanıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Əmirxanlı kənd yolunun kənarında 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıq və 9 ədəd həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*