ŞAD XƏBƏR: İşləməyən şəxslərə pensiya veriləcəkbackend

ŞAD XƏBƏR: İşləməyən şəxslərə pensiya veriləcək

Minumum pensiya kapitalı tələb olunan həddən aşağı olan şəxslər rahatlıqla pensiyaya çıxa biləcəklər. 

KONKRET.az xəbər verir ki, bununla bağlı iqtisadçı ekspert Xalid Kərimli açıqlama verib.

O bildirib ki, Azərbaycanda pensiya yaşına çatmış şəxslər 2 halda bu hüquqdan istifadə edə biləcəklər:

“Bunun üçün şəxsin pensiya kapitalı minumun təqaüd təminatına imkan verməlidir. Hazırda əmək pensiyası üçün 46800 manat kapital tələb olunur. Bu mümkün olmadıqda şəxsin azı 25 il sığorta stajı olmalıdır. Bu da yoxdursa, 2018-ci ilin 1 iyul tarixində qeydə alınan ən kiçik məbləğdə pensiya kapitalı şəxs üçün avtomatik hesablama imkanı verir. 2026-cı ildən ibarət olaraq hədiyyə olunan sığorta stajı 1 il azalacaq. 2026-ci ildən sonra hökümət 25 illik yox, 24 illik sığorta stajı hədiyyə edəcək, hər növbəti il bu 1 il azalacaq.

Yəni, iş stajı olmayan şəxslər heç bir narahatlıq olmadan pensiyaya çıxa biləcəklər. Bununla paralel müxtəlif səbəblərdən işləməyən və rəsmi gəliri olmayan şəxslər də var. Onlar nə müvafiq məbləğdə pensiya kapitalına, nə də ki sığorta stajına malik olur. Qanunvericiliyə görə, belə şəxslər pensiya yaşına çatdıqda yaşa görə müavinətlə təmin edilirlər. Həmin müavinətin aylıq məbləği 220 manatdır”.

  • Anar Müslümov
    Aprel 15, 2025 - 17:59

    Pensiya kapitalınin yarısından havaxt istifadə edə bilərik Vüqar Bayramov demişdi ki lahiyə hazırlanır 30000 mən çox pensiya kapitalım var amma nə evim nə maşınım var

    • Elşən
      Aprel 16, 2025 - 10:33

      O,qanun kasıblar üçün yox, Yuxarı vəzifədə işləyən dövlət məmurları üçün çıxardılır çünki azından deputat,nazir və digər məmurların yığılan pensiya kapitalı 150,300 minat civarındadır onlarında yaşları 70,90 arasıdır pensiyda maaşda alırlar indi də fikirləşirlər nə qədər ölməmişik onu da götürüb kefə xərcləyək.Atalar deyib kasıba ağlayan gözlər kor olar .Odur ki özünü yorma kasıbların xeyrinə qanunlar qəbul edilmir….

    • Vidadi
      Aprel 17, 2025 - 10:54

      Şirvan şəhəri

  • Vazeh
    Aprel 15, 2025 - 21:56

    Bu Xalid Kərimli məsələni düzgün izah etmir. “Əmək pensiyaları haqqında” Qanuna görə, tələb olunan sosial sığorta stajı standart olaraq 25 ildir. O şəxslərin ki, onların əmək pensiyasına çıxmaq hüququ yaranıb, lakin bu qədər stajı yoxdur, 2018-ci ilin iyulun 1-nə şəxsi hesabın sığorta hissəsində qeydə
    alınmış pensiya kapitalı var, onlara 25 illik staj hədiyyə edilir və bu hədiyyənin müddəti 2026-cı ilin yanvarın 1-dəkdir. Əgər, həmin müddət artırılmasa, o zaman 2026-cı ilidən etibarən hədiyyə edilən staj müddəti 24 ilə enəcəksə, 25 olması üçün yerdə qalan 1 ili şəxs özü təqdim edəcək. Hədiyyə verilən staj qarşıdakı 25 il ərzində hər il 1 il əlavə olunmaqla azalan xətt üzrə gedəcək və bununla paralel artmaqda olan qalıq sosial sığorta stajını təqdim etmək şəxsin öz üzərinə düşəcək. Məsələn, 2030-cu ildə güzəşt (yəni hədiyyə) edilən sosial sığorta stajı 20 il təşkil edəcəksə, yerdə qalan 5 il stajı yenə pensiyaya çıxan şəxs özü əmək fəaliyyəti ilə toplayıb təqdim edəcək. Təkrar edirəm, ona görə ki, ölkəmizdə qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, bütün hallarda 25 illik staj düzəlməlidir. Qanunu səhv izah etmək lazım deyil. İstəsəniz, bu izahı Xalid bəyə çatdıra bilərsiniz.

  • Abbasov Salman Əli oğlu
    Aprel 15, 2025 - 22:10

    Salam Vüqar müəllim,mənim 22 min manat kreditin var, aldığım əmək haqqınin80_faizini kredit ödəyirəm,bu mənim üçün çətinlik yaradır,28 min balaşın var,o,qanunu qəbul edin,sizdən xahiş edirəm.

  • Vidadi
    Aprel 17, 2025 - 10:52

    Şirvan şəhəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*