Sağlamlıq imkanı məhdud uşaqların I sinifə qəbulu qaydası AÇIQLANDIbackend

Sağlamlıq imkanı məhdud uşaqların I sinifə qəbulu qaydası AÇIQLANDI

Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanı məhdud uşaqların birinci sinifə qəbulu qaydası məlum olub.

Qurumdan verilən məlumata görə, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların birinci sinifə qəbulu üçün valideynlər ilkin olaraq www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib xüsusi təhsil formasını seçməlidirlər.

Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, iki ədəd 3×4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.06.2020-ci il tarixindən həftənin üçüncü və beşinci günləri Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.

Məlumatda qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların birinci sinifə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq, Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*