backend

Sahibkarlar vergidən azad edildi - Qazaxıstanda

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanda, koronavirusun yayılması ilə mübarizə fonunda bu ilin sonuna qədər sahibkarlar müəyyən vergilərdən azad edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hökumətin 20 mart tarixli müvafiq qərarı Zakon.kz portalında yayımlanıb.

Qərar prezidentin “Fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında”, “Sosial-iqtisadi sabitliyin təmin edilməsi tədbirləri haqqında” və “İqtisadiyyatın sabitləşdirilməsi ilə bağlı növbəti tədbirlər haqqında” sərəncamlarına əsaslanır.

Sənədə əsasən, söhbət böyük ticarət obyektləri, ticarət və əyləncə mərkəzləri, kinoteatrlar, teatrlar, sərgi və idman obyektləri üçün hüquqi şəxslərin və fərdi sahibkarların əmlak vergisindən gedir. Bundan əlavə, kənd təsərrüfatı istehsalçılarının əkinçilik torpaqlarına torpaq vergisi, ümumiyyətlə müəyyən edilmiş vergi qaydasında işləyən fərdi sahibkarların fərdi gəlir vergisi də buna addir.

Bundan əvvəl, Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev, Milli Banka və Maliyyə Bazarlarına Nəzarət Agentliyinə, koronavirusla əlaqəli vəziyyətdən təsirlənmiş kiçik və orta sahibkarlığı dəstəkləmək üçün güzəştli kreditləri vermə əmrini vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*