Sahil Babayevin aparat rəhbəri təyin etdiyi Natiq Həsənov KİMDİR? – DOSYEbackend

Sahil Babayevin aparat rəhbəri təyin etdiyi Natiq Həsənov KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib. Bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

KONKRET.az Bizim.Media-ya istinadən Natiq Həsənovun dosyesini təqdim edir:

N.Həsənov 1979-cu ildə anadan olub. 

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

Natiq Həsənov 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifələrində çalışıb.

O, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*