Şahmat Olimpiadasında Azərbaycan millisinin kapitanı olacaqbackend

Şahmat Olimpiadasında Azərbaycan millisinin kapitanı olacaq

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan təmsilçiləri müəyyənləşib.

KONKRET.az xəbər verir ki, mötəbər yarışda ölkəmizi kişilərdə 6, qadınlarda isə 5 iti zəka sahibi təmsil edəcək.

Kişilərdə Teymur Rəcəbovun iştirakı yenilik olacaq. O, həmçinin komandanın kapitanı kimi çıxış edəcək. Kollektivdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Məhəməd Muradlı və Aydın Süleymanlı da yer alacaq. Qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*