Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatına start verilib.
KONKRET.AZ xəbər verir ki, yarışın ilk turu Azərbaycan yığmaları üçün uğurlu alınıb. Kişilərdən ibarət milli komandamız Serbiyaya qalib gəlib. Yığma üzvlərindən yalnız komandanın lideri Şəhriyar Məmmədyarov xal itirib. Digər üç zəka sahibi mübarizədən qalib ayrılıb.
Qadınlardan ibarət yığma isə asan qələbəyə sevinib. Komandamızın hər bir üzvü rəqibini məğlub edib. Qeyd edək ki, doqquz turdan ibarət olacaq yarış noyabrın 2-də bitəcək.
