Şahzadə Harri Britaniyaya gəldibackend

Şahzadə Harri Britaniyaya gəldi

Britaniya kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri xərçəng diaqnozu qoyulan atası ilə görüşmək üçün ABŞ-dan Böyük Britaniyaya gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times” qəzeti öz saytında məlumat yayıb.

Nəşrin məlumatına görə, şahzadənin təyyarəsi artıq Böyük Britaniyaya enib. Sasseks hersoqu olan həyat yoldaşı Meqan Markl və uşaqlarının onu müşayiət etmədiyi bildirilir.

Qeyd edək ki, 4 il əvvəl həyat yoldaşı ilə birlikdə ABŞ-yə köçən şahzadə sonuncu dəfə 2023-cü ilin sentyabrında krallığa səfər etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*