Sakinlər yolu bağladılar – Səbəb əhalini şoka salıb – VİDEObackend

Sakinlər yolu bağladılar – Səbəb əhalini şoka salıb - VİDEO

KONKRET.az xəbər verir ki, Ermənistanda bir neçə doğum evi bağlanıb. Artıq Maralik doğum evinin işçiləri yerli əhali ilə birlikdə bununla bağlı aksiya keçiriblər. Aksiya İrəvan-Gümrü yolunun bağlanması ilə başlayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, doğuşların sayı getdikcə azaldığından yerli xəstəxanaları saxlamaq çətinləşib. Buna görə də sakinlər və tibbi heyət gərginlik içindədir. Onlar aksiyada bəyan ediblər ki, ildə 100-ə yaxın doğuş olsa da, yerli doğum evləri bağlanmamalıdır. Çünki yerli xidmətlərdən istifadə edənlərin əksəriyyəti mərkəzi xəstəxanalara çatmaq üçün maliyyə imkanlarına sahib deyil.

Yolu bağlayan sakinlər Baş nazir Nikol Paşinyandan kömək gözlədiklərini bildiriblər.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*