Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaqbackend

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Culfa şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Culfa Rayon İcra Hakimiyyətindən bildirilib.

“Dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində 3 saatlıq fasilə olacaq. Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neft bazası-FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində aparılacaq təmir işləri və yeni yarımstansiyaya qoşulma ilə əlaqədar saat 10:00-dan 13:00-dək şəhərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*