Şakira 8 il həbs oluna bilərbackend

Şakira 8 il həbs oluna bilər

İspaniyada prokuror məşhur müğənni Şakiraya 8 ildən çox həbs cəzası istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “La Prensa Latina” məlumat yayıb.

Bildirilir ki, 2012-2014-cü illər arasında 14,5 milyon avro vergidən yayındığı iddiası ilə prokurorluq kolumbiyalı müğənni üçün 8 il 2 ay həbs cəzası və 23 milyon avro cərimə tələb edir.

Digər tərəfdən müğənni günahsızlığını sübut etmək üçün məhkəməyə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, may ayında Barselona Məhkəməsi vergidən yayınmaqda ittiham olunan Şakiranın etirazlarını rədd etmişdi.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*