Şakira İspaniyada məhkəmə qarşısına ÇIXACAQbackend

Şakira İspaniyada məhkəmə qarşısına ÇIXACAQ

Kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yerli məhkəmənin hakimi Şakiranın mühakimə olunmasına qərar verib.

Bildirilir ki, 2012-2014-cü illər arasında 14,5 milyon avro vergidən yayınma iddiası ilə prokurorluq kolumbiyalı müğənni üçün 8 il 2 ay həbs cəzası və 23 milyon avro cərimə tələb edir.

Keçən yay məhkəmənin barışıq tələbini rədd edən müğənni vəkili vasitəsilə verdiyi ifadələrdə günahsız olduğunu iddia edib.

Qeyd edək ki, Şakira 183 gündən çox İspaniyada yaşadığı üçün bu ölkənin qanunlarına görə vergi ödəyicisi olub.

İttiham tərəfinin məlumatına görə, Şakira vergi ödəməmək üçün gəlirlərini İspaniya Vergi İdarəsindən gizlədib və onları Britaniya Virgin, Kayman adaları, Malta, Panama, Lüksemburqda yerləşən şirkətlərə köçürüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*