Salah COVID-19-a yoluxdubackend

Salah COVID-19-a yoluxdu

Futbol üzrə Misir millisinin və İngiltərənin “Liverpul” futbol klubunun hücumçusu Məhəmməd Salah koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, 28 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb.

Onun karantinə alındığı və yaxın günlərdə yenidən koronavirus testindən keçəcəyi bildirilib.

Qeyd edək ki, M.Salah cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 8 matçda 8 qolun müəllifi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*