“Bu gün bilirsiniz də efirlər nə vəziyyətdədir. Azərbaycan millətinin kişilik xarakteri, görüntüləri lazımdır efirdə. Amma şalvarı cırıq, qulağı sırğalı gədələr imkan vermir bizə”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ötən gün “Mədəniyyət” kanalında canlı yayım zamanı əməkdar artist Natiq Şirinov səsləndirib.
Efirə belələrinin buraxılmasını biabırçılıq adlandıran sənətkar rəhbərlik etdiyi “Natiq” ritm qrupunun çoxdandır televiziyalarda görünməməsini də bununla əlaqələndirib. “İnşallah, onları efirlərdən silsəniz, mən tez-tez gələcəm. Buna söz verirəm”, – deyə əlavə edib.