Samir Bağırov Aygün Kazımovadan danışdı: “Dedi ki, pulsuz olmaz“backend

Samir Bağırov Aygün Kazımovadan danışdı: "Dedi ki, pulsuz olmaz"

“Heç şou-biznesə qayıtmaq həvəsim yox idi. Çünki şou-biznes şou-bazar olub. Nə keyfiyyət, nə mədəniyyət var”. 

KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov ARB telekanalında yayımlanan “Ziq-zaq” proqramında deyib.

O, vaxtilə Xalq artisti Aygün Kazımovadan yardım istəsə də, həmkarının ona kömək etmədiyini deyib:

“Heç kimlə əlaqəm yox idi. Şou-biznesdə dostluq yoxdur. Sənət dostları var, bu da göstərişdir. Həyatda vəziyyət başqadır, bir-birimizi qırırıq. İstəyirdim oxumaq, “Jara” festivalı vaxtı Aygün Kazımova ilə görüşürdüm. Deyirdim, kömək et mənə, deyir, hardan? Deyirəm, neçə vaxtdır işləmirəm, mahnı almağa pulum yoxdur. Pulsuz mahnı ala biləcəyim cavanlar yoxdur? Deyirdi ki, yoxdur pulsuz mahnı. Heç kimdən incimirəm, özümü günahkar hesab edirəm. Çoxdan başa düşməliydim ki, şou-biznesdə dost yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*