Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Azərbaycana gəlib və onu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
KONKRET.az xəbər verir ki, bu, Samir Şərifovun yeni vəzifəsində – Baş nazirin müavini postunda ilk işi olub.
Xatırladaq ki, Samir Şərifov bir neçə gün öncə maliyyə naziri vəzifəsindən azad edilib və Baş nazirin müavini təyin edilib.