Tacikistandan Özbəkistana turist axını əhəmiyyətli dərəcədə artıb.
KONKRET.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Özbəkistana Tacikistandan 2,025 milyon nəfər səfər edib.
Bu göstərici ölkəyə ümumi xarici turist axınında Tacikistanı üçüncü sıraya çıxarıb.
Məlumata görə, 2025-ci ilin eyni dövründə Özbəkistana təxminən 1,7 milyon Tacikistan vətəndaşı səfər etmişdi. Beləliklə, bir il ərzində Tacikistandan Özbəkistana gedənlərin sayı 326 min nəfər artıb.
Ümumilikdə isə 2026-cı ilin ilk səkkiz ayında Özbəkistan 9,1 milyon xarici turist qəbul edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə turist axını 21,1 faiz, yaxud 1,6 milyon nəfər artıb.
Xarici turistlərin sayına görə ilk iki yeri Özbəkistanın qonşuları – Qırğızıstan və Qazaxıstan tutur. Hesabat dövründə Qırğızıstandan Özbəkistana 2,52 milyon, Qazaxıstandan isə 2,17 milyon nəfər səfər edib.
Beləliklə, Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı turist səfərlərinin artması regionda turizm əlaqələrinin genişləndiyini göstərir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
