Samuxda ŞOK HADİSƏ – Körpə bacı-qardaş naməlum səbəbdən öldübackend

Samuxda ŞOK HADİSƏ - Körpə bacı-qardaş naməlum səbəbdən öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb.

KONKRET.az-ın məlumatına görə, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri – 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr dünən axşam yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. N.Quliyev isə bu gün xəstəxanada dünyasını dəyişib.

Onların ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*