Saqqız çeynəyənlərə pis xəbər: Bu xəstəliklərə hazır olunbackend

Saqqız çeynəyənlərə pis xəbər: Bu xəstəliklərə hazır olun

Sağlam bir vərdiş sayılsa da, mütəmadi olan saqqız çeynəmək, əslində, bəzən sağlamlığa zərər verir. 

KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, saqqızdan yalnış istifadə sağlamlıq üçün zərərli bir vərdişdir.

Mütəxəssislərin verdiyi açıqlamalar 15 dəqiqədən çox saqqız çeynəməyin sağlamlığa ziyanlı olduğunu üzə çıxarıb. Uzun müddət saqqız çeynəməyin insan sağlamlığına zərərli təsirlərini təqdim edirik:

Çənə ağrısı: Saqqız 15 dəqiqədən çox çeynədikdə çənəni kəllə ilə birləşdirən əzələlərdə ağrı yaranır. Bu ağrı ilə yanaşı, uzun müddət çənə pozğunluğuna, oynaq ağrılarına və xroniki baş ağrılarına səbəb olan saqqız çeynəmək vərdişindən imtina etmək lazımdır.

Həzmsizlik: Uzun müddət saqqız çeynəmək qarın ağrısı və həzm problemlərinə səbəb ola bilər. Mədə yanmasına da gətirib çıxaran uzun müddət saqqız çeynəmək vərdişi həzmsizlik səbəbiylə ağrıya, həmçinin, dişlərin çürüməsinə səbəb olur.

İshal: Uzun müddət saqqız çeynəməyə davam etmək bağırsaqlarda qıcıqlanmaya səbəb olur. Bu o deməkdir ki, saqqızın tərkibindəki metol və sorbitol adlanan komponentlər bağırsaqları qıcıqlandırır və ishala gətirib çıxarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*