“Sarkisyan Qazaxıstana bu dəstəyi almaq üçün gedib” – Türk mütəxəssis AÇIQLADIbackend

"Sarkisyan Qazaxıstana bu dəstəyi almaq üçün gedib" - Türk mütəxəssis AÇIQLADI

Ermənistan Prezidenti Armen Sarkisyanın bu səfərinin əsas məqsədi Qarabağ məsələsində dəstək almaqdır. Ancaq Ermənistanın Qazaxıstanın dəstəyinə ümid etməsi utopiyadır.

KONKRET.az xəbər verir ki, bunu Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin Orta Asiya üzrə mütəxəssisi Əmrah Qaya deyib.

Onun sözlərinə görə, hər şeydən əvvəl Qazaxıstan Qafqaz bölgəsində sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır:

“Digər tərəfdən bölgədəki enerji xətlərinin təhlükəsizliyi və tranzit nəqliyyatın pozulmaması Nur-Sultanın əsas prioritetlərindən biridir. Qarabağdakı hadisələr araşdırıldığı zaman beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın haqlı olduğu və Qazaxıstanın bu çərçivədə bir siyasət izlədiyi görünür. Bundan əlavə, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, suverenliyini birmənalı şəkildə dəstəkləyir. Ölkələr arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Çünki Azərbaycan həm də Qazaxıstan üçün dünyaya açılan qapıdır”.

Ermənistanın KTMT-də təxribatçı roluna toxunan ekspert üzv dövlətlərlə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olmasının bu təxribatların qarşısının alınmasında böyük rol oynadığını qeyd edib:

“Ermənistan İkinci Qarabağ müharibəsi zamanı və sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) aktivləşdirməyə çalışıb. Lakin təşkilatda heç bir dövlət və xüsusi nüfuza sahib olan Qazaxıstan bu məsələdə Ermənistanı dəstəkləmədi. Azərbaycan və Qazaxıstanın Türk Şurasının üzvü olması ikitərəfli münasibətlərin ortaq tarixi təmələ və dəyərlərə əsaslandığının göstəricisidir. Ortaq tarix və dəyərlər bu münasibətlərin strateji önəmini daha da artırır”.

Qayanın sözlərinin görə, Ermənistanın siyasətindəki qərbyönümlü meyillər Rusiyanın da milli təhlükəsizliyinə zərbədir:

“Hazırda Ermənistana güclü dəstək verən yeganə aktor Fransadır. Bu səbəbdən Sərkisyanın Qazaxıstanı deyil, Fransanı ziyarət etməsi daha doğru olardı”./axar.az/

Qeyd edək ki, Armen Sarkisyan ötən gün Qazaxıstana işgüzar səfərə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*