backend

Satanovskidən ABSURD ÇAĞIRIŞ: "Sülhməramlılar azərbaycanlılara atəş açmalı idi" - VİDEO

“Sülhməramlılar azərbaycanlılara atəş açmalı idilər”.

KONKRET.az xəbər verir ki, bunu “Rusarminfo”nun müxbiri ilə söhbətində Rusiya Yaxın Şərq İnstitutunun prezidenti, ermənipərəst Yevgeni Satanovski deyib.

Satanovski bildirib ki, o, Rusiyanın müdafiə naziri Sergey Şoyqudan Qarabağda rus sülhməramlılarına dəstək verən çıxışının Müdafiə Nazirliyinin ictimai şurasından çıxarılmasına əsas olub-olmadığını soruşacaq.

O etiraf edib ki, Rusiya erməniləri qoruyur, yoxsa onlar çoxdan Qarabağı tərk edərdilər. Satanovski azərbaycanlı ekoloqları “qəribə insan izdihamı” adlandırıb.

Daha sonra o deyib ki, Laçın dəhlizində keçirilən aksiyada Türkiyənin “Boz Qurd” təşkilatının jestini və emblemini nümayiş etdirən adamlar var idi.

Guya azərbaycanlılar Rusiya sülhməramlılarına hücum edib. Və bu zaman sülhməramlılar azərbaycanlılara atəş açmalı idi.

Görünən odur ki, Satanovskinin azərbaycanlılara nifrəti o qədərdir ki, silahsız insanlara atəş açmaq lazım olduğunu dilə gətirir. 

Bu iblis (soyadı satana sözündən götürülüb ki, bu da iblis, şeytan deməkdir – red.) sakit formada dediyi kəlmənin arxasında böyük müharibə ehtimalını yəqin anlamır. Yoxsa onsuz da Ukraynaya qarşı başlatdığı “üçgünlük” müharibəni başa vura bilməyən Rusiyanın artıq nə dostları qalıb, nə də gücü.

Yeri gəlmişkən, terror təşkilatları siyahısında “Boz qurd” yoxdur.

Azərbaycan ərazisində istənilən nöqtəsində azərbaycanlılar, hətta qonaq gələn hər bir kəs “Boz Qurd” işarəsini göstərə bilər. Buna görə heç kimdən icazə almayacağıq.

Sülhməramlıları qorumaqdan danışan Satanovski bütöv bir xalqı təhqir etməkdən çəkinmir. Yəqin ki, bu çıxışına görə Satanovski tezliklə cavab verməli olacaq.

İmperiya təfəkkürü bunların beyninə elə yerləşib ki, ətraflarında yaşayan xalqlara hələ də yuxarıdan aşağı baxırlar, hədə-qorxu gəlirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*