Şavkat Mirziyoyev vergiləri iki dəfə AZALTDIbackend

Şavkat Mirziyoyev vergiləri iki dəfə AZALTDI

2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək Qaraqalpaqıstanda (Özbəkistanın tərkibindəki suveren respublika) sahibkarlar üçün vergilər 50% azaldılıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, müvafiq qanunu iyunun 12-də Prezident Şavkat Mirziyoyev imzalayıb.

Belə ki, Özbəkistanın Vergi Məcəlləsinə dəyişiklik edilib, ona əsasən Qaraqalpaqıstanda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün:

👉 Mənfəət, dövriyyə, əmlak və torpaq vergisi iki dəfə azaldılıb;

👉 sosial vergi dərəcəsi 1% müəyyən edilib;

👉 Fərdi sahibkarlar tərəfindən ödənilən sosial vergi (BRV) – 330 min som olacaq (29 ABŞ dolları).

Qanunda vurğulanıb ki, şəhərlərdə çalışan fərdi sahibkarlar üçün bu vergi növü 12 dəfə, rayonlarda işləyənlər üçün isə 6 dəfə azalıb.

Qeyd olunub ki, sadalanan güzəştlər iri vergi ödəyicilərinə, daimi idarələrə, büdcə təşkilatlarına və 50 faiz payı olan hüquqi şəxsə məxsus dövlət müəssisələrinə şamil edilmir.

Məlumata görə, iyulun 9-da keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdə Özbəkistan prezidentliyinə namizəd Şavkat Mirziyoyev ölkə üzrə səfər proqramına Qaraqalpaqıstandan başlayıb. O, İyunun 12-də Nukusda seçicilərlə görüş keçirib.

Mirziyoyev Qaraqalpaqstan sakinlərinin həyatını yaxşılaşdırmaq planlarını açıqlayıb:

👉 sakinlərə uşaq bağçası, məktəb tikiləcək, universitetlərin filialları açılacaq;

👉 kənd uşaqları üçün məktəb avtobusları təşkil ediləcək;

👉 70 min mənzilli 2000 bina tikiləcək;

👉 6000 km yol və 150 ​​körpü təmir olunacaq;

👉 Bütün sosial və dövlət qurumlarında, 17 min ev təsərrüfatında elektrik şəbəkələri, yarımstansiyalar yenilənəcək, günəş panelləri quraşdırılaraq elektrik enerjisi təchizatı yaradılacaq.

👉 əhalinin əmlak və torpaq vergiləri üzrə 500 milyard som (44 milyon dollar) borcları silinəcək;

👉 Nukusdan Daşkəndə sürətli qatar fəaliyyətə başlayacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*