Saxta şirkət adına vətəndaşa 100 min manat vergi borcu gəldi – VİDEObackend

Saxta şirkət adına vətəndaşa 100 min manat vergi borcu gəldi - VİDEO

Şabran sakini, 1994 cu il təvəllüdlü Elvin Rəsulovun başına gələn ilginc hadisə eşidənləri təəccübləndirir.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, vətəndaşı öz əsgər yoldaşı Allahverən Musayev əməlli-başlı çıxılmaz vəziyyətə salıb. Belə ki,  2020 ci ildə Elvin Rəsulov əsgər yoldaşı Allahverən Musayevə müraciət edərək bankdan kredit götürməyi xahiş edib. Elə bütün olaylar da bundan sonra başlayıb.  Allahverən Musayev əsgər yoldaşı Elvin Rəsulovu aldadaraq onun adına etibarnamə alıb və vöen hesabı açdırıb. 5 min manat kredit götürəcəyini bildirsə də, əvəzində Elvin Rəsulova 100 min manatdan çox vergi borcunun olması haqda məktub gəlib.

Vətəndaş deyir ki, məktubda yazılanları oxuyan andan əsl şok keçirib. Ona görə də, Regional Vergilər idarəsinə gedərək məsələnin kökünü öyrənməyə çalışıb. Məlum olub ki, onun adına şirkət açılıb və borc da vergi ödəmədiyi üçün yaranıb. Üstəlik göndərilən məktubda borcun 5 gün müddətinə ödənilməsi tələb olunub. Elvin Rəsulov isə şirkətin açılmasından xəbərsiz olduğunu deyir.

Öz dostu tərəfindən aldadılan vətəndaşa borcunu ödəmədiyi halda ölkəni tərk etmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı da bildirilib. İndi kasıblıqla dolanan Elvin Rəsulov çarəsiz vəziyyətdə qalıb və probleminin həlli üçün aidiyyatı qurumlardan yardım istəyir.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*