backend

Seçkiqabağı teledebat canlı yayımda dayandırıldı - VİDEO

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Dünən Daşkənddə beynəlxalq mətbuat klubunda seçkiqabağı canlı debat zamanı elektrik enerjisinin kəsilməsi baş verib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, beynəlxalq mətbuat klubunun baş prodüseri Qulam Səmədov bu hadisənin “energetiklərin seçki prosesinə” və “ümumən siyasətə” münasibətini nümayiş etdirdiyini söyləyib.

Namizədlərin teledebatı yerli televiziya və radio kanalında canlı yayımlanırmış.

“Düşünürəm ki, paytaxtın enerji təchizatı üzrə cavabdeh şəxslər seçki prosesini hiss etməlidirlər. Sentyabrın 20-dən etibarən MSK beynəlxalq mətbuat klubunda tədbirlər keçirir. Binanı alternativ enerji mənbələri ilə təmin etməli idilər. Enerji təchizatı ilə bağlı rəsmi olaraq onlarla əlaqə saxlamamışıq, amma onlar məsuliyyət hiss etməli idilər. Energetiklər isə bizi elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdar etməmişdilər”, – deyə Səmədov hiddətini gizlətməyib.

Energetika Nazirliyi enerjinin kəsilməsini Şayxantahur rayonunda yarımstansiyanın qəzası ilə izah edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*