Sedrakyan: “Ermənistan Azərbaycandan asılı olacaq”backend

Sedrakyan: "Ermənistan Azərbaycandan asılı olacaq"

“Paşinyanın idarəçiliyi uğursuzdur və bu uğursuzluqda təhlükəli komponentlər var. Hərdən ağlımıza gəlir ki, bu, şərti bir uğursuzluqdur, yəni xüsusi, sui-qəsd səviyyəsində və ya dizayn edilmiş bir uğursuzluqdur. Bir çox addımlara baxanda, siyasi, qeyri-dövlətçilik addımları üç məsələyə aid etmək olar: birincisi populizmdir. Populist siyasətçi dövlətə zərərli olsa da öz şöhrətinə xeyirli addımlar atır. İkincisi şəxsi maraqlardır. Şəxsi maraqlarını güdən rəhbər hər şeydən pul qazanmaq istəyir. Üçüncüsü, peşəkarlığın olmamasıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni ədəbiyyatşünas alim və politoloq Anuş Sedrakyan bildirib.

“Şuşanın verilməsi, erməni dərsliklərindəki biabırçılıqlar, gerb və himndə dəyişikliyə cəhdlər bu uğursuzluğun bariz nümunəsidir. Paşinyan hökuməti demək olar ki, sükunət içindədir və hərəkətsiz vəziyyətdə qalıb. Məğlub olmuş ölkə, pis iqtisadi vəziyyət, bizi gözləyən təhlükələr Nikolun reytinqini çox aşağı salıb”.- deyə ictimai xadim bildirib.

“Əsl siyasətçi öz populizmi üçün işləmir, ən azı o sahədə varlanmaq üçün işləmir. Belə hadisələrdə dərhal zənginləşmənin heç bir yolu yoxdur. Əgər biz bunu ümumi zəncirə daxil etsək, başa düşürük ki, bu, tətbiq edilmiş, planlaşdırılmış proqramın bir hissəsidir. Bu, indiki iqtidarın manipulyasiya etməyi xoşladığı varlanma növü deyil.

Ölkədə qiymətlər qalxır, monopoliya baş alıb gedir, korrupsiya dövləti məhv edən elementlərdən birinə çevrilib.

Paşinyan açıq-aşkar xəyanətkar planla hərəkət edir. O istəyir ki, Ermənistan Azərbaycandan, Türkiyədən asılı olsun. Belə olsa, ölkəmiz tamamilə yox olacaq”

Politoloqun fikrincə, dövlət ani təhlükələrlə üz-üzə qalanda ən azı bu təhlükələri səssizcə həll etməyə çalışmalıdır:

“Bizim bütün keçmiş liderlərimiz, istər Levon Ter-Petrosyan, istər Robert Koçaryan, istərsə də Serj Sarkisyan dövlətin birbaşa təhlükə altında olduğu vaxt gizlin dərinə gedərək, hər biri öz qaydasında mümkün qədər az bəyanatlar, mümkün qədər çox addımlar atmağa çalışırdılar. Onlar populizmlə məşğul deyildilər. Əslində ölkəmizdə Qərb dəyərlərinə qarşı müharibədir. Qərbin əsl dəyəri ilk növbədə söz azadlığıdır. Hamı demokratiya deyir, amma cahilin hakimiyyəti bu dəyərləri məhv edib”, – deyə Anuş Sedrakyan fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*