Səfir: “Ermənistan-Çexiya münasibətləri çox vacibdir”backend

Səfir: "Ermənistan-Çexiya münasibətləri çox vacibdir"

Bu gün Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyan Çexiyanın Ermənistandakı səfiri Peter Mikiskanı qəbul edib.

Görüş zamanı Ararat Mirzoyan Çexiyanın Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli və genişlənmiş tərəfdaşlıq sazişini ratifikasiya etməsini alqışlayaraq, Ermənistanın viza rejiminin liberallaşdırılmasında Çexiya tərəfinin də köməyinə böyük ümid və gözləntilərin olduğunu söyləyib.

KONKRET.az bildirir ki, Ararat Mirzoyan iki ölkə üçün əməkdaşlığa bir çox ümumi sahənin olduğunu qeyd edərək, Peter Mikiskanın bu məsələyə töhfə verəcəyinə əminliyini bildirib.

Səfir səmimi qəbula görə təşəkkür edərək Ermənistan ilə Çexiya Respublikası arasında əlaqələrin çox vacib olduğunu və parlament əməkdaşlığı və qarşılıqlı səfərlərin bu münasibətləri istər çoxtərəfli formatda, istərsə də Şərq Tərəfdaşlığı formatında keyfiyyətcə yeni səviyyəyə qaldıra biləcəyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*