Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi – Təcilibackend

Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - Təcili

İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir deyib.

Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə təqdim edib.

İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur – red.) müraciəti əsasında icra oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*