Şəhid jurnalistin ata yurduna qovuşma sevinci… – VİDEObackend

Şəhid jurnalistin ata yurduna qovuşma sevinci... - VİDEO

Kəlbəcərdə maşının minaya düşməsi nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun Qubadlıya – ata yurduna gedərkən çəkilmiş görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, videoda uşaqlığını keçirə bilmədiyi yurduna getməyin xoşbəxtliyi aydın hiss edilir.

“Şükürlər olsun bu günə. Gəlib ata yurduma çatmışam. 28 ildən sonra doğulduğum, uşaqlıq illərimi yaşaya bilmədiyim kəndə gəlmişəm”, – Sirac sevincini dilə gətirib.

Qeyd edək ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*