“Şəhid müxbirlərin xatirəsinə mükafat təsis edilsin” — Jurnalistdən TƏKLİFbackend

“Şəhid müxbirlərin xatirəsinə mükafat təsis edilsin” — Jurnalistdən TƏKLİF

Rusiyada yaşayan azərbaycanlı jurnalist, filologiya elmlər namizədi Anar Həsənov Kəlbəcərdə erməni terrorçuları tərəfindən basdırılmış minaya düşərək şəhid olan jurnalistlər – Məhərrəm İbrahimov və Sirac Abışovun adının əbədiləşdirilməsini təklif edib.

KONKRET.az bildirir ki, bu barədə Demokrat.az-a Anar Həsənov özü məlumat verib.

O, həmçinin şəhid olan jurnalistlərin adına mükafatın təsis edilməsi təklifini də irəli sürüb:

“Təklif edirəm ki, bundan sonra 4 iyun Azərbaycanda peşə fəaliyyətini yerinə yetirərkən həlak olan jurnalistlərin günü kimi qeyd edilsin. Həmçinin həm AzTV, həm də “Azərtac” şəhid müxbirlərinin xatirəsinə mükafat təsis etsin. Bu mükafat hər il öz sahəsində fərqlənən hərbi jurnalistlərə təqdim edilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*