ABŞ Prezidenti Donald Trampın xarici görünüşü yenidən sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tramp gözlənilmədən ictimaiyyət qarşısına əvvəlkindən nəzərəçarpacaq dərəcədə daha tünd, demək olar ki, şabalıdı rəngdə saçlarla çıxıb.
Bildirilir ki, Tramp yeni görünüşünü sentyabrın 4-ü Nyu-Cersi ştatının Morristaun hava limanında “Air Force One” təyyarəsindən enərkən nümayiş etdirib.
Onun həmişəki qızılı-açıq rəngli saçları bu dəfə nəzərəçarpacaq dərəcədə daha tünd görünüb. Həmçinin, onun saç düzümü də dəyişib.


